İncəsənət məktəblərində ustad dərsləri keçilib

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində şəhər (rayon) Uşaq Musiqi və İncəsənət məktəblərinin səs müəllimləri üçün ixtisasartırma kursları təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ixtisas fənləri respublikanın tanınmış xanəndələri, əməkdar artist Fehruz Məmmədov, əməkdar müəllim Qəzənfər Abbasov tərəfindən tədris olunur.

Dərslərdə xanəndə müəllimlərə bədii təhsilin inkişafı, tədrisin səviyyəsi, müəllimlərin dərsə yanaşma tərzi, dərs keçmə metodları, istedadlı uşaqların seçilməsi prosesi aşılanır.

Tədris prosesində Fehruz və Qəzənfər müəllim tərəfindən Azərbaycanın milli sərvəti olan muğamın, xalq musiqisinin incəlikləri dinləyicilərə öyrədilib və xanəndə müəllimlər öz bacarıqlarını, dərs prosesində əldə etdikləri təcrübi bilikləri nümayiş etdiriblər.

Ustad dərsləri Qəzənfər Abbasov və Fehruz Məmmədovun muğam ifası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə