Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Açılmamış sirrlər oylağı-Cəlilabad" mövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd, Cəlilabadın maddi-mənəvi abidələrinin öyrənilməsi ilə gənclərimizdə vətənpərvərlik hissinin tərbiyəsi işinin gücləndirilməsidir.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Gülnar Aslanova qeyd edib ki, Azərbaycan diyarı zəngin tarixə malikdir. Bu zənginlik hər zaman düşmənlərimizin diqqət mərkəzində olmuş və buna görə də, özgə torpaqlara sahib olmaq uğrunda Azərbaycan hər zaman döyüş meydanına çevrilib: "Təbii ki, düşmənin hər-hansı bir təcavüzündə milli-mənəvi dəyərləri özündə əks etdirən tarixi, mədəni abidələrimiz də zərər görüb. Eyni zamanda, Azərbaycan uzun illər Sovet Rusiyasının əsarətində olduğu zamanlar xalqımızın mədəniyyətini, inancını, dəyərlərini zorla unutdurmaq cəhdləri olub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı ən çətin dövrlərdə belə öz zəngin milli-mənəvi irsini, adət-ənənəsini, keçmişini, tarixini yad təzahürlərdən hifz edə bilib, onu qoruyub saxlayıb və nəsildən-nəslə ötürüb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xalqımızn milli-mənəvi dəyərlərinə münasibətin dəyişməsi, adət-ənənələrimizə qayıdışı, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı böyük işlər görülüb. Çünki Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edib".
Sonra tələbələrin, məktəbli gənclərin də iştirak etdiyi tədbirdə tarix müəllimləri, Cəlilabad tarixinin araşdırılması ilə məşğul olan ziyalılarımız rayonda aşkar edilmiş ilk yaşayış məskənlərinin e.ə. VII-əsrə gedib çıxdığını, araşdırılması, dərindən öyrənilməsi vacib olan maddi-mədəniyyət abidələrinin olduğunu da qeyd edərək, gənclərimizə dəyərli məlumatlar veriblər. Bildiriblər ki, tarixi abidələrimizin mühafizəsində, öyrənilməsində onların da üzərinə böyük vəzifələr düşür.
Sonda Cəlilabadın maddi-mədəni abidələrindən, tapıntılarından bəhs edən videomaterial təqdim olunub.
(2).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB