Türkiyə kinosuna ağır itki üz verdi

Türkiyə kinosuna ağır itki üz verdi

Türkiyənin kino aktyoru Adnan Mərsinli 76 yaşında dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xroniki obstrüktiv ağciyər xəstəliyindən əziyyət çəkən aktyor 40 gündür Yalova Dövlət Xəstəxanasındamüalicə alırdı.

Adnan Mersinli uzun illərdir Çınarcık Hüzur evi və Reabilitasiya Mərkəzində yaşayırdı.

Qeyd edək ki, 1940-cı ildə anadan olan Mərsinli yaradıcılığa 1963-cü ildə başlayıb. O, fəaliyyəti illərində 123 filmdə rol alıb, 7 ekran əsərinin rejissoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə