Dünyanın ən baxımlı serialı-"Taxtların oyunu"nun altıncı mövsümünün birinci bölümünü izləyən ilk insan ABŞ Prezidenti Barak Obama olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, serialın yayımlandığı HBO televiziya kanalının rəhbərliyi 24 apreldə yayımlanacaq bölümün surətini prezidentə göndərib. Ssenari müəllif Devid Benioffun bildirdiyinə görə, bu, Obamanın şəxsi istəyinə əsasən, həyata keçirilib.
Qeyd edək ki, "Taxtların oyunu" ABŞ-da 2011-ci ildə HBO telekanalında nümayişə başlayıb. İlk bölümdən etibarən, qısa zamanda böyük maraq yaradan çoxseriyalı film dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Serial Corc Martinin fantastik əsəri olan "Buz və alovun nəğməsi"nin motivləri əsasında hazırlanıb.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB