18 aprel saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan, Görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi Tahir Əkbərin 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbir Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək.
Qeyd edək ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan, 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə qəbul edilib, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB