Kitabxana əməkdaşları üçün treninq keçiriləcək

18-22 aprel tarixlərində Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində" mövzusunda treninq keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, təlimdə Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı, Sumqayıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qaradağ, Qax, Xaçmaz və Göyçay rayon mərkəzi kitabxanaların əməkdaşları iştirak edəcək.

Treninqdə "Kompüterdə quraşdırma, sazlama, diaqnostika işləri", "Qlobal və lokal şəbəkələr", "Microsoft Office paketinin proqramları və elektron sənədlərlə işlənmə qaydaları", "Fayllar üzrə əməliyyatlar", "Portallar üçün kontentlərin hazırlanması və yerləşdirilməsi qaydaları" mövzuları üzrə təlimlər keçiriləcək.

Qeyd edək ki, təlimin əsas məqsədi rayon kitabxanalarında kompüterlə bağlı tələb olunan işlərin görülməsini və baş verən bütün problemlərin arada qaldırılmasını təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə