Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin "Sevilya bərbəri" operasının tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcəklər.
Teatrın ən istedadlı vokalçılarından əməkdar artistlər İnarə Babayeva Rozina, Əkrəm Poladov doktor Bartolo, Səbinə Əsədova Berta, xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarını ifa edəcəklər.
Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak, Fiqaro partiyasını ifa etmək üçün isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov ölkəmizə səfər edəcək.
Qeyd edək ki, tamaşa Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB