Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə ordumuza dəstək məqsədilə "Qarabağa Qayıdış" adlı tədbir təşkil olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayonun idarə və təşkilat rəhbərləri, kənd və qəsəbələrdən gənclər iştirak edib.
Tədbirdə "Qarabağa Qayıdış" adlı video-çarx nümayiş olunub.
Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova və Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadənin açılış nitqindən sonra torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş oğullarımızın ruhu yad edilib.
Çıxışlardan sonra "Əsgərə məktublar" adlı kitabın təqdimatı olub.
Qeyd edək ki, sonda uşaq və gənclərin hazırladıqları çıxış və ifalar tədbirin vətənpərvər ruhda, coşqu ilə davam etməsinə xüsusi rəng qatıb.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB