Alman bəstəkarı bundan sonra musiqi bəstələməyəcək FOTOLAR

Alman bəstəkarı bundan sonra musiqi bəstələməyəcək FOTOLAR

Məşhur alman bəstəkarı Hans Tsimmer bundan sonra karikatura filmlərə musiqi bəstələməyəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəstəkarın sonuncu ekran işi bu yaxınlarda premyerası gerçəkləşən "Betmen Supermenə qarşı" filmi olub. Tsimmer ekran işinin musqisini niderlandlı bəstəkar Tom Xolkenborqla birgə bəstələyib. Lakin film gözlənilən reytinqi əldə edə bilməyib. Bundan sonra Hans Tsimmer superqəhrəmanlar haqqında filmlərin bəstəkarı olmaq fikrindən daşınıb.

Qeyd edək ki, alman bəstəkarı "Betmen: Başlanğıc", "Qara cəngavər", "Yeni Hörümçək Adam: Yüksək gərginlik", "Polad adam" filmlərinin musiqi müəllifi olub. O, doqquz dəfə "Oskar"a namizəd olub. Nəhayət, 1995-ci ildə "Kral Şir" cizgi filminin musiqisinə görə, bu mükafata layiq görülüb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə