Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun fəailiyyətinin yerlərdə stimullaşdırılması, sözügedən istiqamətdə vahid siyasətin həyata keçirilməsini, habelə sistemdə yaradıcı və təşəbbüskarlıq mühitinin dəstəklənməsi, peşəkarlıq meyarlarının artırılmasını təmin etmək məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Salyan şəhərində Salyan, Şirvan, Neftçala, Hacıqabul, Biləsuvar rayonlarının "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun üzvləri ilə görüş, habelə Mərkəzin rəsmi saytının və "facebook" səhifəsinin təqdimatı keçirilib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, başçı müavini Rəşad Cəbrayılov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və Salyan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Toğrul Cavadovun iştirakı ilə keçirilən tədbirdə həmin rayonların mədəniyyət və turizm şöbələrinin tabe müəssisələrdə çalışan gənc əməkdaşları iştirak ediblər.
Görüşdə qrupun yaradılmasının gənclər üçün geniş bir inkişaf imkanlarını göstərmək üçün şərait yaradan bir sistem olduğunu və bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sahəmizə ayırdığı diqqət sayəsində mədəniyyətimizin təbliği məsələsində regionlarda təşəbbüskar, yeni ideyalar daşıyan gənclərə böyük ümid bəsləndiyi vurğulanıb.
Qeyd edək ki, tədbirdə həmçinin, bir sıra təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB