“Kitab səhifələri” klubu satış yarmarkası təşkil edib FOTOLAR

“Kitab səhifələri” klubu satış yarmarkası təşkil edib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində "Kitab səhifələri" klubu üzvlərinin təşəbbüsü ilə bədii əsərlərin satış yarmarkası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, ATMU "Kitab səhifələri" klubunun üzvü, tələbə Elvin Gürzəlizadə bildirib ki, satış yarmarkasının təşkilində başlıca məqsəd tələbələrdə kitaba böyük maraq oyatmaqla bərabər, onlarda mütaliə qabiliyyətini formalaşdırmaqdan ibarətdir. Satış yarmarkasında Azərbaycan və xarici ölkə yazıçılarının məşhur əsərləri güzəştli qiymətlərlə maraqlananlara təklif olunub.

Ali təhsil müəssisəsindən nazirliyə verilən məlumata görə, "Kitab səhifələri" üzvlərinin əməkdaşlıq etdiyi "Alatoran", "Kitab klubu", "Parlaq imzalar", "Qədim qala", "Hədəf" nəşriyyatlarında çap olunan bədii ədəbiyyat nümunələri daha çox alıcı marağı qazanıb.

Qeyd edək ki, kitab satışı yarmarkasının vaxtaşırı keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə