15 mart saat 16:00-da Azərbaycan Xalça Muzeyində Muzeyin Uşaq Muzeyi şöbəsi tərəfindən "Bahar İlmələri" adlı tədbir keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, bayram tədbirində Avropa liseyinin rəqs kollektivinin ifasında "Yallı", "Bayram" suitası, Azərbaycan ritmləri rəqs kollektivinin uşaqları tərəfindən "Uzun dərə", "Üzüm" rəqsi, "Bayram suitası" rəqs çıxışları olacaq. Həmçinin, Azərbaycan Kukla Teatrının "Oyuq" studiyasının vokal qrupunun ifasında kompozisiya nümayiş olunacaq. "Mehriban vokal və rəqs" qrupu üzvləri "Nuş olsun", Popuri "Almanı atdım xarala", popuri "Bakı əziz şəhər" "Anam mehribanım Azərbaycan", "Novruz gəlir, yaz gəlir", "Tello", "Habbo- Hana", "Bənövşə", "Yaşa Azərbaycan", "Qurban olum Azərbaycan" mahnıları və "Səməni", "Tıq-tıq xanım", "Çobanlar", "Bayram", "Odlar Yurdu" kompozisiya rəqsləri ilə çıxış edəcəklər.
Uşaqları əyləndirmək məqsədi ilə "Can bala" qrupunun ifasında popuri mahnıları ifa olunacaq, Uşaq Muzeyi şöbəsinin əməkdaşlarının iştirakı ilə xalq deyimləri-"Haxışta", adət ənənələrimizin səhnəcik halında nümayişi (xına ilə uşaqların əllərinə ornamentlərin çəkilməsi, üzük falı, S hərfi ilə 7 nemətlərin düzülməsi), həmçinin, şöbənin rəsm dərnəyi üzvlərinin "Bahar ilmələri" rəsm sərgisi nümayiş ediləcək. Eyni zamanda, tədbirdə muzeyin Uşaq teatrının "Tık-tık xanım" tamaşası da təqdim olunacaq.
Qeyd edək ki, sonda şöbənin əməkdaşları tərəfindən "Novruz naxışları" adlı "Naxışlar aləminə səyahət" (milli geyim növləri, xalça elementləri təsvir olunmuş rəngləmə vərəqləri) və "Face-art" (Novruzun atributlarının əl və üzə çəkilməsi) xidməti göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB