Ağabala Əliyevin tərtibçisi olduğu "Solfecio" dərsliyi nəşr olunub. SiA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş kitabın bədii və texniki redaktoru Abdulla Ələkbərovdur.
Dərsliyin hazırlanmasında əsas məqsəd musiqi sənətinin incəliklərini öyrətməkdir. "Solfecio"dərsliyi şagirdlərin notlar və yeni musiqilərlə tanış olması üçün nəzərdə tutulub. Kitabın I hissəsi I-V siniflər üçün dərs vəsaiti kimi ərsəyə gətirilib.
Qeyd edək ki, "Təhsil" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyatı qurumlara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB