“Müasir mədəniyyətşünaslıq” jurnalının yeni fəaliyyəti müzakirə olunub

“Müasir mədəniyyətşünaslıq” jurnalının yeni fəaliyyəti müzakirə olunub

Bu günlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbər heyətinin iştirakı ilə növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda gündəlikdə duran bir sıra məsələrlə yanaşı "Müasir Mədəniyyətşünaslıq" jurnalının nəşrinə başlanması ətrafında müzakirələr aparılıb.

Jurnalın gələcək forma və məzmunu haqqında ətraflı söz açan Mərkəzin direktoru Asif Usubəliyev bu istiqamətdə qarşıda duran başlıca vəzifə və prioritetlər haqqında danışıb. "Müasir Mədəniyyətşünaslıq" jurnalında dövlət mədəniyyət siyasətinin daha əhatəli və yeni elmi əsaslarla təbliği üsullarından danışan elmi katib H.İbrahimov bildirib ki, fundamental yazılar ilə yanaşı, jurnal sahənin və burada çalışan təcrübəli əməkdaşların təbliğinə də xidmət etməlidir.

İclasda "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun ideya və təkliflərinin də sözügedən jurnalda nəzərə alınması istiqamətində fikirlər səsləndirilib.

Yekunda 1 mart 2016-cı il tarixindən başlayaraq "Müasir Mədəniyyətşünaslıq" jurnalının nəşri istiqamətində müvafiq işçi qrupunun formalaşdırılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə