“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək

“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək

Caz Mərkəzində "Söz" adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, növbəti tədbirdə Günel Anarqızı ilə görüş olacaq. Proqramda Nərgiz Cəlilova, Mehriban Zəki və Emil Əfrasiyab çıxış edəcək.

Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, bu, artıq "Söz" layihəsinin altıncı tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə