ATMU-da Xocalı faciəsinə həsr olunmuş tədbir keçiriib FOTOLAR

ATMU-da Xocalı faciəsinə həsr olunmuş tədbir keçiriib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Heydər Əliyev" lektoriyasının təşkilatçılığı ilə Xocalı soyqrımının 24-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru professor Cəfər Cəfərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, "Xocalı faciəsi çoxəsrlik tariximizin ən qanlı səhifələrindən biridir. Təkcə o gecəni deyil,ümumiyyətlə, azərbaycanlılara qarşı zaman-zaman törədilən qətliamları unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur".

Ötən XX yüzillikdə ermənilər və onların havadarları tərəfindən eyni ssenari əsasında yurdumuzda baş verən qanlı hadisələri detallı şərh edən rektor C.Cəfərov çıxışının sonunda -1992-ci il fevralın 25-dən 26-na keçən gecə- soydaşlarımıza qarşı törədilən amansız cinayət əməllərinin gələcək nəsillərə çatdırılmasında, məhz gənclərin üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

ATMU-nun İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı "Xocalı soyqrımının tarixi kökləri" adlı məruzəsində faciənin başvermə səbəblərini təhlil edib. Ermənilər tərəfindən törədilən vəhşiliklərə vətəndaş-araşdırmaçı mövqeyindən münasibət bildirib.

ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Tural Cabbarov Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gəncləri fəal olmağa səsləyib.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən verilən məlumatda daha sonra bildirilib ki, ali təhsil ocağının Kitabxana İnformasiya Mərkəzində Xocalıya həsr edilən kitablar sərgilənib, ATMU-MEDİA-da videoçarx nümayiş olunub.

Qeyd edək ki. Universitetin müəllim və tələbələri soyqırım qurbanlarının xatirəsinə ucaldılan Xocalı abidəsini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə