Nazim Hikmət anılacaq

Martın 4-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə türk ədəbiyyatı günləri çərçivəsində Nazim Hikməti anma gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq gecədə şairlər, yazıçılar, alimlərlə yanaşı, Nazim Hikmətlə qarşılaşmış, şairin yaradıcılığı ilə bağlı əhəmiyyət kəsb edən işlər görmüş önəmli simalar iştirak edəcək.

Qeyd edək ki, şairin 1902-ci il yanvarın 15-də Selanikdə başlayan həyat yolu 1962-ci il iyunun 3-də Moskvada sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə