Azərbaycan - Alman Mədəniyyət Mərkəzi "Kapellhaus"da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin vokal ixtisası üzrə XI sinif şagirdi İslamə Abdullayevanın solo konserti olub. SİA-nın verdiyi xəbərə görə, konsertdən əvvəl məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev İslamə haqqında qısa məlumat verərək onun təhsil aldığı dövrdə bir neçə müsabiqə və festivalların laureatı olduğunu, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri üzrə fəaliyyət göstərən "İstedad Mərkəzi"nin fəal üzvü kimi mərkəzin rəhbəri, xalq artisti professor Zəhra Quliyevanın və həmçinin, SSRİ xalq artisti professor Xuraman Qasımovanın rəğbətini qazandığını qeyd edib. O, İslaməyə yaradıcılıq yolunda dəstəy olan müəlliminin istedadlı vokalçı (kontratenor) İlham Nəzərov oldugunu söyləyib.
XVII əsr bəstəkarlarının vokal musiqisi ilə başlanan konsertdə İslamə H.Purcellin "Dido və Aeneas" operasından "Didonun ariyası"nı, , G.Carrisiminin "Partenzadallausa donna", F.Haendelin "Ottone" operasından "Ottonun ariyası"nı, "Dove sei" əsərlərini məharətlə ifa edib.
Konsertdə Azərbaycan bəstəkarlarından Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, "Sevgili canan" romansı, Fərhad Bədəlbəylinin "Ave Mariya", E.Sabitoğlunun "Bu gecə", Ramiz Mirişlinin "Səadət" mahnıları ifa olunub.
Konsertdə səslənən "Partenzadallasına donna" , Barcarolla", "Не пробуждай воспоминанья", "Ave Mariya" və "Səadət" əsərlərini İslamə müəllimi İlham Nəzərovla duet şəklində ifa ediblər. Konsertmeyster Leyla Əliyevanın özünəməxsus müşayiəti də alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertin sonunda xalq artisti- professor Ramiz Quliyev, sənətşünaslıq doktoru professor İlham Rəhimli, əməkdar incəsənət xadimi- bəstəkar Sərdar Fərəcov və əməkdar artist Anar Şuşalı ifaçıları maraqlı konsert proqramı üçün təbrik edib və İslamənin ailə üzvlərinə və məktəbin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
.jpg)


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB