Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 5-də baş tutacaq səhnə əsərini Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, beynəlxalq müsabiqələr laureatı Lyüdmila Xitrova dəvət olunub. L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İspaniya, Meksika, Koreya Respublikası, Misir və digər ölkələrdə professional çıxışları ilə böyük tamaşaçı rəğbəti qazanıb.
Sənətkarın tərəf müqabili Belarusun əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin olacaq.
Qeyd edək ki, teatrsevərlərin çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB