Nazirlik elektron xəbər bülletenlərinin hazırlanmasına başlayıb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində elektron təbliğatı gücləndirmək məqsədi ilə elektron xəbər bülletenlərinin (e-newsletter) hazırlanmasına başlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, bülleten bir neçə bölmədən ibarət olmaqla ölkəmizin turizm sənayesində baş verən önəmli hadisələr və yeniliklər, eləcə də Azərbaycanın ev sahibi və ya iştirakçı olacağı mühüm tədbirlər barədə məlumatları özündə əks etdirib.
Bülletendə Azərbaycanda yaxın aylarda keçiriləcək Lüsern Dünya Turizm Forumu və Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, eləcə də 15-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi kimi mühüm tədbirlər barədə keçidlər yerləşdirilib. Bununla yanaşı, Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə bülletendə həmçinin, Şahdağda xizəksürmə, Novruz bayramı, Bakıda Formula 1 – Avropa Qran Prisi haqqında da xəbərlər yer alıb.
Hazırlanan bülletenin ilk buraxılışı dünyanın müxtəlif ölkələrin turizm sahəsi üzrə fəaliyyət göstərən 3000-dən artıq peşəkarlarına çatdırılıb. Növbəti aylarda hədəf kütləsinin bir neçə dəfə artırılması istiqamətində iş aparılır.
Qeyd edək ki, [email protected] elektron poçt ünvanının mövzu hissəsinə "subscribe" sözünü göndərməklə aylıq yayımlanan bülletenə abunə yazılmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB