Əbülfəs Qarayev teatrda aparılan təmir işləri ilə tanış olub FOTOLAR

Əbülfəs Qarayev teatrda aparılan təmir işləri ilə tanış olub FOTOLAR

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir-bərpa işləri ilə tanış olub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, teatrda aparılan əsaslı təmir işləri haqqında nazirə geniş məlumat verilib. Bildirilib ki, bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Yenidən qurulacaq bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətə çatdırılıb ki, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar nümayiş olunacaq.

Nazir əsas tamaşa zalının lazımi avadanlıqlarla təmin olunması, eləcə də filmlərin nümayişi üçün kino zalının böyük ölçülü monitorla təchiz edilməsi ilə bağlı tapşırıqlar verib. Binanın daxili və xarici tərtibatının yüksək səviyyədə qurulması, işıqlandırma və səsləndirmə aparatlarının müasir tələblərə uyğun hazırlanması üçün mütəxəssislərin cəlb olunmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Əbülfəs Qarayev işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə