“Cəzasız cinayət”

Fevralın 23-də saat 15:00-da Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi ilə birgə Xocalı soyqırımına həsr olunmuş "Cəzasız cinayət" adlı tədbir keçiriləcək. Muzeyin mətbuat xidmətindən SİA-ya veilən məlumata görə, tədbirdə Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi "XX əsrin faciəsi - Xocalı" adlı rəsm əsərinin təqdimatı olacaq.

Tədbirdə "Günay Uşaq Teatrı" tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.

Qeyd edək ki, anım mərasimində Milli Məclisin üzvləri, elm xadimləri, Respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə