Gəncədə məşhur Nikolya Şokolad Muzeyinin eksponatlarından ibarət sərginin açılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, fevralın 20-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncə Müasir İncəsənət Muzeyində baş tutacaq sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır. Sərgidə kütləsi 65 kiloqram olan "Qız qalası", 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan "Eyfel qülləsi" heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada, həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi təqdim ediləcək.
Martın 26-dək davam edəcək sərgi çərçivəsində Nikolay Popov şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də keçəcək.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 min nəfəri keçib. Sərgi, həmçinin, 2015-ci ilin may-iyun aylarında Bakıda təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB