Nizami Kino Mərkəzində struktur dəyişikliyi baş verib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Mərkəzin direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində o, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB