İtaliyanın Milan şəhərində keçirilən BİT 2016 Beynəlxalq Turizm sərgisi çərçivəsində Azərbaycan stendini Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Huseyin Yayman, Türkiyənin Milan şəhərindəki Baş Konsulu Hami Aksoy və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təbliğat müdiri Ahmet Temurçidən ibarət nümayəndə heyəti ziyarət edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkənin turizm imkanlarının əks etdirilməsi məqsədilə nümayiş etdirilən çap məhsulları nümayəndə heyətinin yüksək marağına səbəb olub, Azərbaycanda turizmin mövcud vəziyyəti haqqında geniş məlumat verilib.
Türkiyə və Azərbaycan arasında xüsusilə son illər ərzində həyata keçirilən əməkdaşlıq proqramlarının bəhrəsindən danışan nazir müavini Azərbaycanın turizm sahəsindəki uğurlarının sevindirici olduğunu qeyd edib.
Görüş çərçivəsində iki ölkə arasında dostluq münasibətləri, turizm sahəsində həyata keçirilən əməkdaşlıqlar və gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, "BİT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB