Fevralın 13-ü saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsinin keçirilməsi planlaşdırılır. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, görkəmli müğənni, pianoçu, xalq artisti, professor Rauf İsrafil oğlu Atakişiyev Azərbaycan musiqi mədəniyyəti tarixində unudulmaz səhifə yaradıb.
Qeyd edək ki, o, uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, eyni zamanda 45 il müddətində Azərbaycan Dövlət Konservatoriyasının kafedra müdiri olub. R.Atakişiyevin tanınmış ifaçılar nəslinin yetişdirilməsində zəhməti əvəzsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB