Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, fransız dramaturqu Erik-Emmanuel Şmittin ikihissəli dramı əsasında hazırlanmış eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur.
Fevralın 7-də baş tutacaq tamaşada rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa edəcəklər.
Tamaşanın bədii rəhbəri, teatrın direktoru və baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir. Səhnə əsərində rəsmlərin quruluşu Samirə Həsənovaya, musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.
Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.
Qeyd edək ki, 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB