Bu gün xalq artisti Əlibaba Məmmədovun doğum günüdür FOTOLAR

Bu gün xalq artisti Əlibaba Məmmədovun doğum günüdür FOTOLAR

Bu gün Azərbaycan xanəndəsi, bəstəkar, xalq artisti Əlibaba Məmmədovun doğum günüdür. Sənətkar 5 fevral 1929-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-illərdə "Azkonsert birliyi"-nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb və bu günə kimi həmin ansambla rəhbərlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb.

Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

"Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar Aztv Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. O, həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə