Nizami Kino Mərkəzində "Antiqanq" və "Roma görüşləri" adlı filmlərin nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Böyük Britaniya və Fransa istehsalı olan "Antiqanq" filmini rejissor Benjamen Roşe dram və döyüş janrında çəkib. Yaş həddi:16+
Təcrübəli kop Büren qayda-qanunlara riayət etməyi sevmir. Cinayətkar aləmi ciddi nəzarətdə saxlamaq üçün onun döyüş qrupu, qanuna zidd olan sərt metodlardan istifadə etməyi üstün tutur. Yeni boss Lenuarın gəlişi ilə onlar taktikalarını dəyişməyə məcbur olurlar.
Bangın qarət edilməsinin qarşısını almaq cəhdi Parisin küçələrində əsl qanlı döyüşə çevrilir və Büren xidməti vəzifəsindən uzaqlaşdırılır. Ancaq, bu qarətin böyük cinayət əməliyyatının başlanğıcı olduğunu başa düşən Büren hərəkətə başlayır.
Filmdə Jan Reno, Elban Lenuar, Katerina Murino, Umar Diau, Stefi Selma, Sebastyen LaLeynn, Tyerri Nevik, Jan –Tussen Bernard, Yakob Sederqren, Sabrina Uazani və başqaları çəkilib. Rejissor Ella Lemhaqenin, Coş Appinyanezinin ssenarisi əsasında çəkdiyi "Roma görüşləri" kinokomediyası İtaliya və ABŞ istehsalıdır. Sloqanı: "Bəzən ilk məhəbbətin ikinci şansa ehtiyacı var" Yaş həddi:16+
Qüsursuz istirahət üçün Meqqi hər şeyi planlaşdırıb – Roma günəşi və Toskana dənizi. Amma, onun 16 yaşlı qızı Sammer ştatlara, sevdiyi oğlanın yanına qayıtmaq xəyalı qurarkən Meqqidə ilk məhəbbəti Lukayla və onun, gizli sevgilisinin yanına qaçmaq istəyən dəlisov anası ilə rastlaşır.
Meqqinin sakit istirahət arzusu öz xöşəxtliyinin və iki qaçan qadının başgicəlləndirici təqibi ilə nəticələnir...
Rollarda Sara Cessika Parker, Rozi Dey, Raul Bova, Klaudiya Kardinale, Pas Veqa, Kyara Bassermann, Marko Bonini, Canklaudiyo Karetta, Barni Xarris, Paola Lavini və başqa aktyorlar çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB