Binəqədi rayonunda gənclər günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Binəqədi rayonunda gənclər günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Binəqədi mərkəzi mədəniyyət evində gənclər günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər bayram münasibətilə gəncləri təbrik edərək bildiriblər ki, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biridir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü-gündən artmaqdadır.

Tədbir iştirakçıları gənc rəssam, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri sənət qalereyasında təhsil alan Aliyə Mirmövsümzadənin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Təşkil olunan mərasimdə çıxış edən bütün incəsənət nümayəndələri mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin fəxri fərmanları ilə təltif olunublar.

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə