Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Ceyhun Hacıbəyli irsinin tədqiqatçısı, Filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, AMEA Akademik Z.Bünyadov ad. Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi şöbəsinin müdiri Səadət Qarabağlı, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Mirzəbala Əmrahov, S.Mumtaz ad. Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktor müavini Könül Nəsibova çıxış ediblər.
Tədbirdə Ceyhun Hacıbəyliyə həsr olunmuş və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou təqdim edilib, foto-sərgi nümayiş olunub.
Qeyd edək ki, tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev, Elnur Zeynalov, Nigar Şabanova, əməkdar artist Elxan Mansurov, Gülşən İbadova, Nərmin Qasımlı, BMA-nın tələbəsi Aysel Şahbazlının ifalarında Hacıbəyovlar nəslinin görkəmli mümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin və Soltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB