Mərkəzi Mədəniyyət Evində tədbir keçirilib

Mərkəzi Mədəniyyət Evində tədbir keçirilib

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evində "Gənclər günü" münasibətilə "Gəncliyin səsi" adlı tədbir keçirilib.

SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə dəvət olunan N saylı hərbi hissənin əsgər və zabit heyətini salamlayan Mədəniyyət Evinin direktoru Z.Abbasova ölkə başçısı cənab İlham Əliyevin bir qrup fəal gənclərlə görüşündə söylədiyi "Çətinliklə əldə olunmuş 20 illik müstəqilliyimizin əbədi yaşaması üçün gənclərin də üzərinə böyük məsuliyyət düşür" fikrini bir daha xatırladaraq, gələcəyin gənclərin əlində olduğunu bildirib.

Tədbirin musiqili hissəsində "Pöhrə" və "Qönçə" ansambllarının üzvləri və solistlər rəqs və musiqi nömrələri ilə qeyd olunan bayrama rəng qatıblar.

Qeyd edək ki, tədbirdə Qəsəbə Bələdiyyəsinin və YAP Binəqədi qadınlar Şurasının sədri Aytac Əliyeva, qəsəbə ağsaqqalları, məktəblilər və N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə