Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Nizami Əzizəliyev ilə işgüzar görüş keçirib. Mərkəzdən SİA-ya bildirilib ki, görüş zamanı xüsusi olaraq müəssisələr arasında aparıla biləcək əməkdaşlıq əlaqələrinin əsas istiqamətləri müzakirə edilib.
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan olunmasını nəzərə alaraq, mərkəzlərin rəhbərləri arasında "Multikulturalizm ənənələrinin inkişafında mədəniyyət müəssisələrinin rolu" adlı silsilə tədbirlərin keçirilməsinə dair razılıq əldə olunub.
Danışıqlar zamanı respublikada həyata keçirilən mədəniyyət siyasətinin vahidliyini təmin etmək, habelə milli mədəniyyətin təbliği və qorunması naminə birgə əməkdaşlığın vacibliyini qeyd edən mərkəz rəhbərləri yaxın gələcəkdə müəssisələr arasında əməkdaşlıq memorandumunun imzalanmasının zəruriliyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB