İctimai xadimin 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək

İctimai xadimin 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Muzeydən SİA-ya verilən xəbərə görə, fevralın 3-də baş tutacaq tədbirdə Ceyhun Hacıbəyliyə həsr olunmuş, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd və fotosərgi təqdim ediləcək. Bədii hissəsində isə Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin və Soltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış edəcəklər.

Qeyd edək ki, təşkil olunan yaradıcılıq gecəsində həmçinin, tarixçi və tədqiqatçıların Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı haqqında çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə