Azərbaycan Dövlət "Yuğ" teatrı uzun illər yerləşdiyi binada son tamaşasını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında səhnələşdirilən "Boy" tamaşanın ideya və quruluşu, teatrın direktoru Tərlan Musayeva aiddir. Səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Səhnə əsərində rolları əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə və başqaları ifa ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb.
Qeyd edək ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilməsi məqsədilə aparılan yenidənqurma işlərinə uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ" Teatrının binasının da sökülməsi nəzərdə tutulub.Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən fevralın 1-dən etibarən Dövlət "Yuğ" Teatrı yaradıcılıq fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB