Xəbər verdiyimiz kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. SİA-nın verdiyi xəbərə görə, aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ" Teatrının binasının da sökülməsi nəzərdə tutulub. Nazirliyin müvafiq qərarına əsasən fevralın 1-dən etibarən Dövlət "Yuğ" Teatrı yaradıcılıq fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.
Qeyd edək ki, Dövlət "Yuğ" Teatrının binası Yasamal rayonu M. Muxtarov küçəsi, 83-də yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB