Nazir xalq yazıçısının ordenini evində təqdim etdi FOTOLAR

Nazir xalq yazıçısının ordenini evində təqdim etdi FOTOLAR

Prezident İlham Əliyevin sərəncamına əsasən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, M.İbrahimbəyovun ordenini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Tədbir mərasimi Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Ə.Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verdiyini qeyd edib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə