“Bir bənd şeir” müsabiqəsi keçiriləcək

“Bir bənd şeir” müsabiqəsi keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan "Ulduz" jurnalının redaksiya heyəti "Bir bənd şeir" müsabiqəsi keçirəcək. AYB-dən SİA-ya bildirilib ki, müsabiqədə yeni yazılmış və yalnız bir bənddən ibarət (heca) şeir müəllifləri iştirak edə bilər. Dekabrın 24-dən martın 1–dək keçiriləcək müsabiqədə hər müəllifin yalnız bir şeirlə iştirakı mümkündür.

Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək. Müəlliflərin şeir və fotolarını [email protected] ünvanına göndərməsi vacibdir. Nəticələr beynəlxalq poeziya bayramı ərəfəsində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə