“Qaçaq qocalar” Türkiyədə

Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşası Türkiyədə nümayiş olunacaq. Teatr Xadimləri İttifaqından SİA-ya verilən xəbərə görə, Azərbaycan Teatr Xadimləri İttifaqının "Rejissor laboratoriyası"nda hazırlanmış tamaşanın yaradıcı heyətinin rəhbəri xalq artisti, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədr müavini Hacı İsmayılov, quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir.

Səhnə əsəri yanvarın 23-dən fevralın 1-dək Bursa şəhərində keçiriləcək "Teatr günləri"ndə və Antalya Böyükşəhər Teatrının təşkil etdiyi "Qonaq teatr" layihəsində iştirak edəcək.

Qeyd edək ki, tamaşada rolları Məsumə Babayeva, Kərəm Hadızadə və Bəhruz Əhmədli ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə