Xalq artisti, kinorejissor Eldar Quliyev "Milli kino" mükafatı ilə təltif olunub. SİA-nın verdiyi xəbərə görə, Eldar Quliyev bu mükafata 75 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin qərarına əsasən Azərbaycan kinosuna verdiyi töhfələrə görə layiq görülüb.
Qeyd edək ki, görkəmli bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya gələn Eldar Quliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. O, ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə Azərbaycan kinosunda yeni mərhələnin təməlini qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB