Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində "Şəhrizadın daha bir gecəsi" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşanın ideya müəllifi və rejissoru xalq artisti İranə Tağızadədir. "1001 gecə" şərq nağıllarının motivləri əsasında yazılmış pyesin müəllifi Valentina Reznikovadır.
Dörd novelladan ibarət olan səhnə əsərinin mövzusunda Şəhriyar və Şəhrizadın məhəbbət hekayəsi dayanır ki, bunlar da hər biri janr etibarı ilə mistik, komediya, lirika və patriotik janrlara ayrılır.
Qeyd edək ki, yanvarın 16-da olacaq tamaşada əsas rolları əməkdar artistlər Firdovsi Atakişiyev və Ayan Mirqasımova ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB