“Mən və Mən” Dövlət Pantomima Teatrında

“Mən və Mən” Dövlət Pantomima Teatrında

Dövlət Pantomima Teatrının səhnəsində yazıçı-dramaturq C. Dadaşovun "Mən və Mən" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Teatrdan SİA-ya verilən xəbərə görə, tamaşa teatrın aktyoru Ceyhun Dadaşovun quruluşunda təqdim ediləcək. Səhnə əsərinin əsas mövzusu insanlıq, mərhəmət və humanizmdir. Bir hissəli tamaşanın bədii rəhbəri Xalq Artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Əməkdar Artist Elman Rəfiyevdir.

Qeyd edək ki, tamaşanın premyerası 2010-cu ildə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə