Aktyorun vida mərasimi evində baş tutdu FOTO

Xəbər verdiyimiz əməkdar artist Ələsgər Məmmədoğlu dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, aktyorla ilə vida mərasimi keçirilib. Belə ki, aktyorun son mənzilə salınma mərasimi evində baş tutub. Mərhumun yaşadığı evə yaxınları və dostları yığışıblar. Ələsgər Məmmədoğlu bu gün "Qurd qapısı" qəbiristanlığında, anasının yanında dəfn olunub.

Nəzərinizə çatdıraq ki, aktyorun dəfn xərcinin və yas mərasiminin bir qismini Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək.

Qeyd edək ki, Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə