Metroda Rəşid Behbudovun yubileyi ilə bağlı tədbirlərə başlanıb
Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tədbirlərə başlayıb. SİA-nın xəbərinə görə, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev söyləyib ki, dahi sənətkarın yubileyi ilə əlaqədar metro stansiyalarında Rəşid Behbudovun şəkilləri və reklam afişaları yerləşdirilib.
Onun sözlərinə görə, şəkillər və afişalar əsasən sərnişinlərin sıx olduğu stansiyalarda yerləşdirilib: "Artıq metronun "Sahil", "İçərişəhər", "28 may", "Elmlər Akademiyası və "Neftçilər" stansiyalarında şəkillər və afişalar yerləşdirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB