Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyevin iştirakı ilə Kürdəmir rayonunda uşaq musiqi və incəsənət məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi ilə bağlı monitorinq keçirilib.
Monitorinqdə Kürdəmir, İmişli, Beyləqan, Cəbrayıl, Füzuli, Xocavənd rayon uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, eləcə də Kürdəmir şəhər 3, 4, 5 saylı ümumtəhsil orta məktəblərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə uşaq musiqi və incəsənət məktəbləri ilə orta ümumtəhsil məktəbləri arasında əlaqələrin inkişaf etdirilməsi, musiqi təhsilində azlıq təşkil edən milli musiqi alətlərinin (kamança, balaban, qanun) təbliği, tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində "Ustad dərslər"in keçirilməsi, normativ sənədlərin tərtibi qaydaları haqqında tövsiyələrin verilməsi və s. məsələlər müzakirə edilib.
Hazırda lazım olan tədris proqramları və vəsaitlər barədə ətraflı diskusiya aparılıb.
Tədbirin sonunda uşaq musiqi və incəsənət məktəblərinə yeni tədris proqramları və metodiki vəsaitlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB