"Va-Liqa" Bakı və İsmayıllıda

Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə dekabrın 15-də Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində, 17-sində isə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində "Va-Liqa" - Yaponiyanın ənənəvi musiqi konserti keçiriləcək. SİA-ya səfirliyin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, qrup İsmayıllı və Bakı konsertində tamaşaçılara simli alət (tsuqaru şamisen), nəfəs aləti (şakuhaçi), həmçinin ənənəvi Azərbaycanın musiqisi muğama bənzəyən Yaponiyanın folklor mahnısı "minyo"nu təqdim edəcək.

Giriş pulsuzdur. Bakı konsertinə biletləri Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və məlumat şöbəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Va-Liqa" Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur.

Bütün xəbərlər Facebook səhifəmizdə