“Dədə Qorqud” eposu polyak dilində nəşr olunub

“Dədə Qorqud” eposu polyak dilində nəşr olunub

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ölkəmizin tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, mədəniyyət, incəsənəti, memarlıq, tarix və milli mətbəximizə həsr edilmiş Azərbaycan-Polşa seriyalarında 34 adda kitab çap olunub. Bu istiqamətdə işlərin davamı olaraq "Azərbaycan eposları" seriyasından polyak dilində "Dədə Qorqud" dastanı İSBN kodu ilə işıq üzü görüb. Azərbaycanın Polşadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində nəşr olunan kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə