Ankarada xalq şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə dekabrın 9-da çap olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabının təqdimat və beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, türk dünyasının tanınmış ədiblərinin və elm adamlarının iştirak edəcəyi konfrans Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan Bəxtiyar Vahabzadənin yaradıcılığını özündə əks etdirən kitablardan ibarət sərginin və görkəmli şair haqqında çəkilmiş filmin nümayişi nəzərdə tutulur. Həmçinin görkəmli Azərbaycan şairinin xatirəsinə həsr edilmiş konsert və rəsm sərgilərinin təşkili də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB