Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş anma mərasimi keçiriləcək.Teatrdan SİA-ya verilən xəbərə görə, xatirə gecəsində elm, ədəbiyyat, incəsənət xadimləri, Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak edəcək.
Tədbirdə Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən söhbət açılacaq, incəsənət ustalarının ifasında şairin yaradıcılığından nümunələr səsləndiriləcək.
Qeyd edək ki, N.Gün 2014-cü il dekabrın 19-da Bakıda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB