Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsi Nizami Kino Mərkəzində "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası mövzusu" ilə yekunlaşacaq. SİA-nın verdiyi xəbərə görə, layihənin dördüncü - final mərhələsi rejissor Elçin Musaoğlunun "Nabat" filminin kinoteatrlarda nümayişi ilə başa çatacaq.
Kino ictimaiyyəti, media təmsilçiləri və filmin yaradıcı heyətinin iştirakı ilə keçiriləcək tədbirdə layihənin ənənəvi müzakirələrinin hədəfi "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətləri kino dili ilə, Qarabağ probleminin sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları kimi əhəmiyyətli mövzular olacaq.
Qeyd edək ki, layihə çərçivəsində "Audiovizual məkanda ailə-məişət problemləri", "Audiovizual məkanda uşaq mövzusu", "Audiovizual məkanda vətənpərvərlik" mövzuları müzakirə olunub və "Axınla aşağı", "Dərs", "Yarımçıq xatirələr" filmlərinə baxış keçirilib. Həmçinin, bu filmlər şəhərimizin kinoteatrlarında mütəmadi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB